Netanyahu ABŞ-da Bayden, Ərdoğan və Zelenski ilə görüşəcək

22:32 - 14 Sentyabr 2023 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-a səfəri zamanı ABŞ, Türkiyə və Ukrayna prezidentləri Co Bayden, Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski də daxil olmaqla dünya liderləri ilə görüşməyə hazırlaşır.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

Məlumata görə, Netanyahu bazar günü axşam İsraildə yəhudilərin Yeni ili Roş-Ha-Şana başa çatdıqdan dərhal sonra İsraildən ABŞ-a uçacaq. Ofisdən bildirilib ki, onun ABŞ-a səfəri dövlət səfəri statusunda olacaq.

“Səfər çərçivəsində hökumət başçısı ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolz, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Vladimir Zelenski və Cənubi Koreya prezidenti Yun Sok Yool ilə görüşəcək”, - məlumatda deyilir.

Xəbər xətti