ABŞ ilin sonuna qədər yeni bombardmançı təyyarəsini sınaqdan keçirəcək

22:18 - 14 Sentyabr 2023 - DÜNYA

Yeni nəsil gizli strateji bombardmançı B-21 Raider-in ilk uçuş sınaqları 2023-cü ilin sonuna qədər həyata keçiriləcək.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerikanın “Northrop Grumman” aviasiya korporasiyasının prezidenti Tom Cons bildirib.

"Biz hazırda ilk B-21-i uçuş sınaqlarına hazırlayırıq" -o, Hava və Kosmik Qüvvələrin Assosiasiyasının konfransında deyib.

Cons əlavə edib ki, təyyarə çox güman ki, ilin sonuna qədər uçuşa hazır olacaq.

Xəbər xətti