Birləşmiş Ştatlar müdafiə sənayesi, enerji və maliyyə sektorlarında və elitada daha çox şirkətləri əhatə etmək üçün Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirir.
Ucnoqta.az xəbər verir ki, bu bəyanatla ABŞ dövlət katibi Entoni Blinken və ABŞ Maliyyə Nazirliyi çıxış edib.
"ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi 150-dən çox fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edir" - Blinken yazılı açıqlamasında deyib.
“Bu gün görülən tədbirlər çərçivəsində ABŞ hökuməti həmçinin sanksiyalardan yayınmaqla məşğul olan şəxsləri və qurumları, Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətinin gücləndirilməsində iştirak edənləri və gələcəkdə Rusiyanın enerji hasilatının genişləndirilməsinə cavabdeh olanları da hədəfə alır” - Dövlət Departamentinin rəhbəri qeyd edib.