Moldova məhkəməsi eks-prezidentin ölkədən çıxışına qoyulan qadağanı ləğv edib

17:00 - 14 Sentyabr 2023 - DÜNYA

Moldova Ali Ədliyyə Məhkəməsi sabiq prezident, Moldova Respublikasının Sosialistlər Partiyasının lideri İqor Dodonun ölkədən çıxışına qoyulmuş qadağanın uzadılması ilə bağlı prokurorluğun müraciətini rədd edib.

Ucnoqta.az xəbər verir ki, siyasətçi bu barədə TASS-ın müxbirinə deyib.

Bildirilir ki, 180 gün ev dustaqlığı və 300 günlük ölkədən çıxış qadağasından sonra Ali Ədalət Məhkəməsi bu qərarı qəbul edib.

Prokurorlar hakimlərdən ölkədən çıxış qadağasının yenidən uzadılmasını istəyib. Öz növbəsində Dodon Moldovanı tərk etmək niyyətində olmadığını və prokurorluğun ittihamlarını “sübut edilməmiş, müxalifətə təzyiq göstərmək məqsədi daşıyan” hesab etdiyini bildirib. O, partiyanı payızda keçiriləcək yerli hakimiyyət orqanlarına seçkilərə hazırlamağa davam edəcəyini vurğulayıb.

Xəbər xətti