Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Belarus liderinin prezident Vladimir Putinlə sentyabrın 15-də danışıqlar aparacağı bildirilib.
Danışıqların əsas mövzusu kimi beynəlxalq gündəm və regional məsələlər adlandırılıb. Bundan əlavə, prezidentlər iqtisadiyyatda, xüsusilə sənaye, kənd təsərrüfatı və digər sektorlarda birgə vəzifələri müzakirə edəcək, idxalın əvəzlənməsi sahəsində görüləcək işləri müzakirə edəcəklər.