Kolumbiyada qəbiristanlıqdan banda liderinin cəsədi oğurlanıb

15:05 - 14 Sentyabr 2023 - DÜNYA

Kolumbiyada məşhur Los Coneros bandasının keçmiş liderinin cəsədi qəbiristanlıqdan oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Le Figaro” yazıb. Bu barədə qəbiristanlıq işçisi hadisə yerinə gələn keşişə məlumat verib. Belə ki, Kolumbiyanın Medellin şəhəri yaxınlığındakı qəbiristanlıqdan bədnam “Los Choneros” bandasının keçmiş lideri, ekvadorlu Junior Roldanın cəsədi oğurlanıb.

Mart ayında dəstə başçısı hücuma məruz qalıb və yaralanıb. Ekvador səlahiyyətliləri onun izini itirsələr də iki ay sonra onun cəsədi Kolumbiyanın şimal-qərbindəki kəndlərdə tapıldı.

Xəbər xətti