Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn messencerdə kanalların işə salınması halında WhatsApp-ın Rusiyada bloklanmasının haqlı tədbir olduğunu etiraf edib.
Ucnoqta.az xəbər verir ki, deputat bu barədə Telegram kanalında həmkarı Anton Qorelkinlə razılaşaraq danışıb.
"Bu kanalların anti-Rusiya mahiyyəti şübhə doğurmur, çünki WhatsApp bütün nəticələri ilə birlikdə Meta ekstremist şirkətinə məxsusdur", - Xinşteyn yazıb.