Ukrayna ABŞ-dan 1,25 milyard dollar məbləğində növbəti qrant alacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilir.
Bildirilir ki, Ukraynanın maliyyə nazirinin müavini Olqa Zıkova Amerika Birləşmiş Ştatlarından dövlət büdcəsinə 1,25 milyard dollar məbləğində qrantın cəlb edilməsinə dair danışıqlar protokolunu imzalayıb. Məlumata görə, vVəsaitlər əhalinin həssas təbəqələrinin dəstəklənməsi üçün istifadə olunacaq.