İsveçdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "müqəvvası" yandırılıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri məlumat yayıb.
Məlumata görə, Ankaranın NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqini gözləyən İsveçdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "müqəvvası" yandırılıb.
Bildirilir ki, aksiya Stokholmun mərkəzində, İsveç parlamentinin binası qarşısında baş tutub. Yanğın zamanı şəhər polisi olub və heç bir tədbir görməyib.