Yaponiyanın Ay modulu kritik mərhələni keçib

12:17 - 14 Sentyabr 2023 - DÜNYA

Yaponiyanın 7 sentyabrda buraxılan SLIM adlı ilk Ay kəşfiyyatı eniş aparatı kritik uçuş mərhələsini uğurla başa vurdu və missiya planlaşdırıldığı kimi davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.

Qeyd edilir ki, ekspertlər cihazın işini təmin edən bütün sistemlərin, o cümlədən mühərrikin işləməsini, vəziyyəti tənzimləmək imkanı, günəş panellərindən enerji hasilatı və stansiya ilə əlaqəni təmin edən bütün sistemlərin normal işləməsini təsdiqləyiblər. 

Ay modulu əlavə yoxlamalar aparmaq və Ay orbitinə daxil olmağa hazırlaşmaq üçün təxminən 20 gün daha Yer orbitində qalmağa davam edəcək.

Xəbər xətti