Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Rusiyaya işgüzar səfərə gedib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarusun Tg kanalları məlumat yayıb.
Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə sentyabrın 15-də danışıqlar aparacaq. Dövlət başçıları bunu əvvəllər iki liderin görüşləri cədvəlinə uyğun olaraq planlaşdırmışdılar.
Liderlər beynəlxalq gündəliyi və iqtisadiyyatda birgə vəzifələri müzakirə edəcəklər.