Seul Kiyevə silah vermir - Cənubi Koreya MN

11:00 - 14 Sentyabr 2023 - DÜNYA

Koreya Respublikasının Ukrayna ətrafındakı vəziyyətlə bağlı siyasəti dəyişməyib

Ucnoqta.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri ilə bağlı Cənubi Koreya Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çon Ha-kyu deyib. Onun sözlərinə görə, Seul Kiyevə silah vermir.

“Bu günə qədər hökumətin siyasətində Ukraynaya öldürücü silahların verilməməsi ilə bağlı heç bir dəyişiklik baş verməyib”, - o deyib.

Xəbər xətti