Tunis hökuməti Avropa Parlamentinin (AP) Xarici Siyasət Komitəsinin beş üzvünün missiyası üçün ölkəyə daxil olmaqdan imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” Tunis hakimiyyətinin AP-yə məktubuna istinadən xəbər verir.
"Bu nümayəndə heyətinin ölkəyə daxil olmasına icazə verilməyəcək", - sənəddə qeyd olunur.
“Politico”nun Avropa Parlamentinin adı açıqlanmayan nümayəndələrinə istinadən qeyd etdiyi kimi, ölkəyə daxil olmaqdan imtinaya səbəb iyul ayında avropalı parlamentarilərin keçirdiyi mətbuat konfransı ola bilər. Bu tədbir zamanı sol və liberal fraksiyalardan olan deputatlar Tunis hakimiyyətini insan haqlarına əməl etməməkdə ittiham edərək tənqid ediblər.