Rusiya hava hücumundan müdafiə qüvvələri Krım üzərində 11 pilotsuz uçan aparatı məhv edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ukrayna Krımdakı hədəflərə pilotsuz uçuş aparatları ilə hücum etməyə çalışıb. Nəticədə onların hamısı zərərsizləşdirilib.