Özbəkistan beynəlxalq Qiwi pul köçürmələrini məhdudlaşdırır

21:37 - 13 Sentyabr 2023 - DÜNYA

Rusiyanın Qiwi ödəniş xidməti provayderinin Qiwi Özbəkistan elektron pul ödəmə sistemi Özbəkistanda beynəlxalq pul köçürmələrində məhdudlaşdırılan xidmətlər siyahısına daxil edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qiwi Özbəkistanın mətbuat xidməti məlumat yayıb.

“Kartlara hər hansı köçürmələr, Qiwi Rusiya və Qiwi Qazaxıstan pulqabılarına köçürmələr, eləcə də xarici xidmətlər və maliyyə xidmətləri üçün ödənişlər əlçatmaz olaraq qalır”, – ödəniş sisteminin saytında deyilir.

Qeyd edilir ki, respublika daxilində sistem istifadəçiləri yerli provayderlərin xidmətlərini öz pulqabılarından hələ də ödəyə, həmçinin Qiwi Özbəkistan cüzdanları arasında pul köçürə bilərlər.

Xəbər xətti