Ağdam istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Naziriliyindən məlumat verilib. Məlumata görə, sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.
Bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.