Zelenski və Duda tezliklə görüşəcək

13:13 - 13 Sentyabr 2023 - DÜNYA

Ukrayna və Polşa prezidentləri Volodimir Zelenski və Anjey Duda yaxın vaxtlarda görüşəcəklər.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşa liderinin ofisinin rəhbəri Pavel Şrot bildirib.

Şrot qeyd edib ki, təhlükəsizlik baxımından görüşün təfərrüatlarını və ya nə vaxt keçiriləcəyini reklam etmək istəmir.

Dudanın ofisinin nümayəndəsi həmçinin bildirib ki, Zelenski müharibə vəziyyətində olan ölkənin lideridir, prezidentin özü Rusiya tərəfindən terror hücumu təhlükəsi altındadır.

Xəbər xətti