Lavrov BMT-nin baş katibi ilə görüşəcək

11:01 - 13 Sentyabr 2023 - DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində, o cümlədən BMT-nin Baş katibi Antonio Quterreşlə 20-yə yaxın ikitərəfli görüş keçirəcək.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu (EEF) çərçivəsində keçirilən brifinqdə deyib.

Diplomat qeyd edib ki, bunlar həm ikitərəfli görüşlər, həm də beynəlxalq təşkilatların nümayəndələri və rəhbərləri ilə danışıqlar olacaq.

Bundan əlavə, Lavrov sentyabrın 23-də BMT Baş Assambleyasının ümumi siyasi müzakirəsi zamanı çıxış edəcək.

Xəbər xətti