Tailand hökuməti ölkənin turizm sektoruna dəstək məqsədilə müvəqqəti tədbir kimi Çin və Qazaxıstandan gələn turistlər üçün vizaların ləğvini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Thai Enquirer portalı məlumat yayıb.
Çin və Qazaxıstan vətəndaşları üçün vizasız rejim sentyabrın 25-dən fevralın 29-dək qüvvədə olacaq. Turistlər Taylandda 30 gün vizasız qala biləcəklər.
Baş nazir Settha Taveesin başçılıq etdiyi yeni Tailand hökuməti daha əvvəl ölkəyə daha çox xarici turist cəlb etməklə turizm sənayesinin inkişafını təşviq etmək niyyətində olduğunu açıqlamışdı.