Ukrayna Silahlı Qüvvələri Krıma 10 qanadlı raketlə hücum edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralananlar var.
Krım qubernatoru Mixail Razvojayev bildirib ki, Sevastopol Dəniz Zavodunda yanğın davam edir. Hücum nəticəsində 24 nəfərin yaralandığı, onlardan 4-nün vəziyyətinin orta ağır olduğu bildirilir.
Rusiya Müdafiə Nazirliyi Qara dəniz donanmasının gəmilərini hədəf alan hücumda dəniz pilotsuz təyyarələrinin də iştirak etdiyini iddia edir.