Qrenlandiya sahillərində kruiz gəmisi quruya oturub

20:30 - 12 Sentyabr 2023 - DÜNYA

Lüks kruiz gəmisi Ocean Explorer Qrenlandiyanın şərq sahillərində quruya çırpılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters Danimarka Silahlı Qüvvələrinin Birgə Arktika Komandanlığına (JAC) istinadən məlumat yayıb. Məlumta görə, eyni zamanda, ən yaxın gəmi yalnız bir neçə gündən sonra laynerin köməyinə gələ biləcək.

Hadisə sentyabrın 11-də Qrenlandiyanın paytaxtı Nuuk şəhərindən təxminən 1,4 min km şimal-şərqdə yerləşən milli parkda baş verib. Agentlik eyni zamanda gəminin göyərtəsində 206 nəfərin olduğunu açıqlayıb.

Xəbər xətti