Cəlilabadda 600 kq antisanitar şəraitdə kəsilmiş at əti aşkarlanıb

20:28 - 12 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Cəlilabadda qanunsuz at ətinin istehsal edildiyi heyvandarlıq təsərrüfatı aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Məlumata görə, AQTA-nın Lənkəran-Astara regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Cəlilabad rayonunun Təzəkənd kəndində qanunsuz olaraq at ətinin istehsal edildiyi heyvandarlıq təsərrüfatına baxış keçirib. Baxış zamanı heyvandarlıq təsərrüfatında təxmini çəkisi 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsildiyi və ətin sellofan torbalara yığılmaq üçün hazırlandığı aşkar edilib. Aşkarlanmış at ətindən nümunə götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Xəbər xətti