Keçmiş baş nazir Hama Amadu Nigerə qayıdıb

20:20 - 12 Sentyabr 2023 - DÜNYA

Nigerin keçmiş baş naziri Hama Amadu iki ildən çox xaricdə qaldıqdan sonra vətəninə qayıdıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Keçmiş baş nazirin qohumlarından biri Abdu Rafa, Hama Amadou müalicə aldığı Fransadan Nigerə gəlib deyib. 73 yaşlı Amadou iki dəfə, 1995-ci ilin fevralından 1996-cı ilin yanvarına qədər və 2000-ci ilin yanvarından 2007-ci ilin iyununa qədər Nigerin baş naziri vəzifəsində çalışıb. O, Niger prezidenti Mohamed Bazoumu tənqid edib və onun çevrilişlə devrilməsini alqışlayıb.

Xəbər xətti