Rusiyalı nazir Kim Çen Inı stansiyada qarşılayıb

16:51 - 12 Sentyabr 2023 - DÜNYA

Rusiya Federasiyasının Təbii Sərvətlər Nazirliyinin rəhbəri Aleksandr Kozlov KXDR lideri Kim Çen Inı Primorsk diyarının Xasan stansiyasında qarşılayıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

“Koreya Xalq Demokratik Respublikasının liderini Primorsk diyarındakı Xasan stansiyasında Rusiya Federasiyası və KXDR hökumətlərarası komissiyasının sədri, təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov qarşılayıb” - məlumatda ​​deyilir.

RF prezidenti Vladimir Putin tezliklə KXDR lideri ilə görüşəcək və onun şərəfinə nahar verəcək.

Xəbər xətti