Rusiya qeydiyyatlı olan avtomobillər Litvada müsadirə ediləcək

16:29 - 12 Sentyabr 2023 - DÜNYA

Avtomobil sahibinin Kalininqrada tranzitlə getdiyini təsdiq edən sənədlər olduqda istisnalar ediləcək.

Ucnoqta.az xəbər verir ki, bunu Baltik Respublikası Daxili İşlər Nazirliyinin rəhbəri Aqne Bilotaite milli LRT radiosuna müsahibəsində deyib. Litva gömrük orqanları Avropa Komissiyasının Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi ilə bağlı son şərhinə uyğun olaraq, ölkəyə daxil olan Rusiya qeydiyyatından keçmiş avtomobilləri müsadirə edəcək.

 Litvanın gömrük nümayəndəsi Rolandas Jurqaitisin radioya izah etdiyi kimi, Rusiya Federasiyasında qeydiyyatda olan nəqliyyat vasitələrinin hüquqi statusu hələ də dəqiqləşdirilməyib. Onun sözlərinə görə, yeni dəqiqləşdirmədə vurğulanır ki, əgər[avtomobil Rusiyada qeydiyyatdan keçibsə, Rusiya nömrə nişanlıdırsa, o zaman Aİ-yə gətirilə bilməz.

Xəbər xətti