Bayden Vyetnam prezidenti ilə parlamentinin sədrini qarışdırdı

11:42 - 12 Sentyabr 2023 - DÜNYA

ABŞ prezidenti Co Bayden Vyetnam lideri Vo Van Tuongu Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Vong Dinh Hue ilə səhv salıb, mesajında ​​Amerika liderini Vyetnamda qəbul etdiyinə görə ona təşəkkür edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Məlumata görə, sentyabrın 11-də Bayden artıq silinmiş X səhifəsində vyetnamlı həmkarına təşəkkür edib. Nəşrin qeyd etdiyi kimi, Vyetnam parlamentinin sədri Vuonq Dinh Huenin fotoşəkili posta əlavə olunub. "Prezident Vo Van Thuong, belə məhsuldar görüş üçün təşəkkür edirəm" -yazılıb.

Nəşr hər iki şəxsin eynək taxdığını və eyni saç düzümünə sahib olduğunu qeyd edir.

Xəbər xətti