Ukrayna və ABŞ kiçik modul tipli AP300 reaktoru qurmağı planlaşdırır

10:58 - 12 Sentyabr 2023 - DÜNYA

Ukraynanın “Energoatom” şirkəti və Amerikanın “Westinghouse” şirkəti ölkədə kiçik modul tipli AP300 reaktorunun tikintisi üzrə birgə işləmək barədə razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Energoatom”un mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ukraynanın NNEGC Energoatom şirkəti və Amerika şirkəti Westinghouse Electric Company LLC Ukraynada Westinghouse AP300 kiçik modul reaktorunun tətbiqi sahəsində anlaşma memorandumu imzalayıb.

Reaktorun tikintisinə dair saziş əməkdaşlıq və müqavilələrin bağlanması, lisenziyalaşdırma və yerli təchizat zəncirinin yaradılması üzrə birgə işçi qrupunun yaradılmasını nəzərdə tutur.

Xəbər xətti