İran Livanın İsraillə sərhədində hərbi aerodrom tikir

20:40 - 11 Sentyabr 2023 - DÜNYA

İran Livanın İsraillə sərhədində hərbi aerodrom tikir

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant Herzliyadakı Reyxman Universitetində keçirilən Antiterror Siyasəti İnstitutunun illik konfransında çıxışı zamanı bildirib. Qalant qeyd edib ki, İran Livanın cənubunda İsraillə sərhəd yaxınlığında hərbi aerodrom tikintisinə nəzarət edir. 

Galant sözlərini təsdiqləmək üçün bu aerodromun uçuş-enmə zolağının əks olunduğu fotoşəkillərə istinad edib. İsrailli nazirin nümayiş etdirdiyi digər fotoşəkillər də aerodrom yaxınlığındakı texniki strukturları göstərir, ehtimal ki, burada İran və Livan şiə Hizbullah partiyasının bayraqları əks olunub.

Xəbər xətti