Avstriya Türkiyənin Aİ-yə üzvlüyünün mümkünsüzlüyünü açıqlayıb

19:44 - 11 Sentyabr 2023 - DÜNYA

Avstriyanın federal kansleri Karl Nehammer Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı istənilən danışıqları dayandırmağa çağırıb.

Ucnoqta.az xəbər verir ki, Nehammer bu barədə “Die Welt” qəzetinə müsahibəsində bildirib. Məlumata görə, Ankaranın təşkilata tamhüquqlu üzvlüyü təsəvvür etmək mümkün deyil.

Eyni zamanda o, Türkiyəni Avropa İttifaqı üçün mühüm tərəfdaş kimi tanıyıb. Kansler hesab edir ki, Ankara və Brüssel “iqtisadi və siyasi məsələlərdə qarşılıqlı etimad və əməkdaşlığa” əsaslanacaq tərəfdaşlıq variantını formalaşdırmalıdırlar.

Xəbər xətti