Mərakeşdə 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2681 nəfərə çatıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Al Arabiya telekanalı krallığın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, azı 2501 nəfər xəsarət alıb. Ən çox ölənlərin sayı Əl-Hövz (1591) və Tarudant (809) əyalətlərində qeydə alınıb. Təcili yardım xidmətləri binaların dağıntıları altında qalan ölü və yaralıların axtarışlarını davam etdirir.
Bundan əvvəl ölkə hakimiyyəti 2497 nəfərin öldüyünü, 2476 nəfərin yaralandığını bildirmişdi.