Rusiya Ermənistanla yaxın olub və yaxındır - Peskov

15:00 - 11 Sentyabr 2023 - DÜNYA

Rusiya Ermənistanda müttəfiqini itirməkdən qorxmur, Moskva və İrəvan yaxındır.

Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə TASS-ın sualını cavablandırarkən deyib.

“Xeyr, biz Ermənistanla çox yaxın müttəfiq və tərəfdaş olmuşuq, qalırıq və əminəm ki, bizim müəyyən problemlərimiz ola bilər ki, onları həll etmək lazımdır, amma onları dialoq çərçivəsində həll etmək lazımdır. İki ölkənin inkişafı və milli maraqları müttəfiqliyimizi və tərəfdaşlığımızı dərinləşdirməyin zəruriliyini diktə edir”, - Kremlin sözçüsü bildirib.

Xəbər xətti