Kim Çen Inın zirehli qatarı Rusiyaya doğru yola düşüb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş sentyabrın 13-də baş tuta bilər. Cənubi Koreyanın “Donga” nəşri xəbər verir ki, Şimali Koreya diktatorunun lüks zirehli qatarı artıq Vladivostoka doğru hərəkət edib.
Adını açıqlamayan Cənubi Koreya hökumət rəsmisinin jurnalistlərə verdiyi məlumata görə, Kimin şəxsi zirehli qatarı yavaş-yavaş şimal-şərq sərhəd zonasına, yəni Rusiya ilə ümumi sərhədə doğru irəliləyir.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, qatar sentyabrın 10-da günorta saatlarında Pxenyandan yola düşüb və çərşənbə axşamı, sentyabrın 12-də sərhədi erkən keçəcəyi gözlənilir.