Artıq fevralın əvvəlində kiçik döyüş pilotları qrupu F-16 qırıcılarını idarə etməyə hazır olacaq.
Ucnoqta.az verir ki, bu barədə “The Wall Street Journal”ın hesabatında deyilir.
"Kiyev hərbi rəhbərləri hesab edir ki, ukraynalı pilotlar hələ 2024-cü ilin fevralında F-16 qırıcıları ilə döyüş əməliyyatlarında iştirak edə bilər. Bu, əvvəlki hesablamalardan daha optimist qrafikdir və gələn il Ukrayna qoşunlarına əhəmiyyətli yeni döyüş imkanları verə bilər", - nəşr yazıb.
Bildirilir ki, ABŞ beş ay ərzində ingiliscə danışan pilotları hazırlaya bilər. Təlim üçün göndərilən qrup kifayət qədər ingilis dilini bilən 10-dan az pilotdan ibarətdir.