Braziliya prezidenti Luiz İnasio Lula da Silva indi Kreml rəhbəri Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında ölkəsində həbs olunmayacağına əmin deyil.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Lula ifadəsini geri götürüb.
"Məhkəmənin onu həbs edib-etməyəcəyini bilmirəm, Braziliya ədliyyə sisteminin onu həbs edib-etməyəcəyini bilmirəm. Bu, hökumətin və ya parlamentin deyil, məhkəmələrin işidir. Bu vacibdir. Mən həqiqətən məsələni öyrənmək istəyirəm, Birləşmiş Ştatlar və Rusiya da onun tərəfi deyil. Ona görə də mən bilmək istəyirəm ki, Braziliya məhkəmə ilə bağlı ABŞ-ın qəbul etmədiyi sazişi niyə imzalayıb” - Silva bildirib.