Çin Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı qrupu Tayvana yaxınlaşıb

08:08 - 11 Sentyabr 2023 - DÜNYA

Çin Xalq Azadlıq Ordusunun aviadaşıyıcı qrupu "Şandunq" təyyarədaşıyan gəmisinin rəhbərliyi ilə Tayvan yaxınlığından keçid edib.

Unoqta.az xəbər verir ki, bu barədə adanın hərbi idarəsi məlumat yayıb.

Məlumata görə, sentyabrın 11-də, saat 05:40-dan başlayaraq, Tayvan ərazisində Çinin 13 pilotsuz təyyarəsi aşkar edilib. Onların arasında J-16, SU-30 qırıcıları, KJ-500 erkən xəbərdarlıq təyyarəsi də olub. Qeyd edilir ki, 11 təyyarə Tayvan boğazının median xəttini keçib və ya onun cənub-qərbindəki adanın hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.

Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə edib.

Xəbər xətti