Küləkli hava sabahadək davam edəcək

22:50 - 10 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Senytabrın 10-u saat 21:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü külək axşam saatlarından bölgələrdə tədricən 7-12 m/s-dək zəifləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında isə şimal-qərb küləyinin maksimal sürəti arabir 26-30 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.5 metr olub.

Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarında arabir leysan xarakterli yağış yağıb. Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20 dərəcəyədək isti, Aran rayonlarında 23-25, dağlıq rayonlarda 8-13 dərəcə isti təşkil edir.

Küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında sentyabrın 11-i səhərədək davam edəcək.

Xəbər xətti