Koreya Respublikasının Prezidenti Yun Sok Yool Ukraynaya humanitar yardım və güzəştli kreditlər şəklində əlavə 2,3 milyard dollar ayıracağını vəd edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə, 2024-cü ildə Cənubi Koreya Kiyevə humanitar yardım üçün 300 milyon dollar ayıracaq. Daha 2 milyard dollar isə 2025-ci ildən başlayaraq Cənubi Koreyanın İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu vasitəsilə uzunmüddətli, aşağı faizli kreditlər şəklində veriləcək. Bu fondun məqsədi inkişaf etməkdə olan ölkələrdə iqtisadi və infrastruktur layihələrini dəstəkləməkdir.