Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şolzla telefonla danışıb
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, baş nazir Almaniya kansleri ilə Azərbaycan və Ermənistan sərhəddindəki vəziyyəti müzakirə edib.
O, gərginliyi azaltmaq üçün Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirib.
Şolz qeyd edib ki, o, regionda sülh və sabitliyi dəstəkləməyə hazırdır.
Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı gərginliyi azaltmaq üçün Azərbaycan prezidenti ilə təcili danışıqlara hazır olduğunu bildirib.