ABŞ Slovakiyaya 3,6 milyon dollar ayırıb

19:13 - 8 Sentyabr 2023 - DÜNYA

ABŞ sərhədçi kadrların hazırlanması və Ukrayna ilə sərhədin təchiz edilməsi üçün növbəti iki il ərzində Slovakiyaya 3,6 milyon dollar köçürəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Amerikanın Bratislavadakı səfirliyinin diplomatik missiyanın saytında dərc olunmuş məlumada deyilir.

Növbəti iki il ərzində Birləşmiş Ştatlar Slovakiya hökumətinə ölkənin sərhədlərini qorumaq qabiliyyətini artırmaq, sərhəd təhlükəsizliyinin gücləndirilməsi üçün təlim və avadanlıq verəcək.

Amerika diplomatik missiyasının qeyd etdiyi kimi, Vaşinqtonun ayırdığı vəsait Slovakiya sərhədindən narkotik, silah və insanların qaçaqmalçılığı ilə mübarizəyə sərf olunacaq. ABŞ Slovakiya sərhəd xidmətinin nümayəndələri ilə qeyri-qanuni qazılmış tunellərin və dronların aşkar edilməsi ilə bağlı təlim keçirəcək.

Xəbər xətti