Fransanın milli meteoroloji xidməti Meteo France ilk dəfə olaraq payızdakı istilərlə əlaqədar narıncı (sondan əvvəlki) iqlim xəbərdarlığı səviyyəsini elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş məlumatda deyilir.
İle-de-Fransa metropoliteninin 14 departamentində və Centre-Luara Vadisi bölgəsində narıncı istilik xəbərdarlığı səviyyəsi elan edilib. Bu, 2004-cü ildə bu sistemin tətbiqindən bəri yay mövsümü xaricində yüksək temperatur olan ilk narıncı təhlükə səviyyəsidir.
Qeyd olunur ki, bu rayonlarda departamentdən asılı olaraq havanın temperaturu 33-36 dərəcəyədək yüksələcək ki, bu da sentyabrın əvvəli üçün anormal göstəricidir.