Estoniyanın baş naziri Rusiyaya ticarət embarqosu tətbiq etməyi təklif edib

10:34 - 8 Sentyabr 2023 - DÜNYA

Estoniyanın baş naziri Kaja Kallas Rusiya ilə həmsərhəd ölkələrə ona qarşı vahid ticarət embarqosu tətbiq etməyi təklif edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Estoniya dövlət radio və televiziyasının ERR portalı məlumat yayıb.

Məlumata görə, digər sərhədyanı ölkələr (Polşa, Litva, Latviya və Finlandiya) hələlik bu təklifi dəstəkləməyib. Estoniyanın baş naziri hesab edir ki, eyni zamanda, Finlandiyanın mövqeyi bu ideyanın uğurla həyata keçirilməsi üçün əsas əhəmiyyət kəsb edir. O, həmçinin bu məsələni respublikanın yeni baş naziri Petteri Orpo ilə müzakirə edəcəyinə söz verib.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın sözlərinə görə, Baltikyanı respublikadan Rusiyaya gündəlik olaraq “elektronika, zavod avadanlığı, qida və plastik” idxal edilir. Estoniyanın özü digər ölkələrin dəstəyi olmadan Rusiya Federasiyası ilə sərhədi bağlaya bilməz, çünki bu halda yerli müəssisələr zərər görəcək.

Xəbər xətti