Rusiyada bir-birinin ardınca bir neçə dəqiqə ərzində üç zəlzələ baş verib

08:54 - 8 Sentyabr 2023 - DÜNYA

Kamçatkanın şərq sahillərində bir-birinin ardınca bir neçə dəqiqə ərzində üç zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi öz saytında məlumat yayıb.

Məlumata görə, Sakit okeanın Kamçatka körfəzində 3,1, 4,9 və 5,1 bal gücündə zəlzələlər qeydə alınıb. Ocaqlar təxminən eyni yerdə, dənizin dibinin 13-46 kilometr dərinliyində yerləşib.

Zəlzələlərin hər hansı fəsadları barədə məlumat yoxdur.

Xəbər xətti