Ağsu rayonu Çiyni kəndi ərazisində “Ford” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
“Qafqazinfo”nun məlumatına görə, nəticədə sürücü, 1990-cı il təvəllüdlü Akif Məmmədov ölüb, sərnişin, 1998-ci il təvəllüdlü Nural Quliyev isə xəsarət alıb.
Məlumatı DİN-in Şəki regional qrupundan təsdiq ediblər.
Faktla bağlı araşdırma aparılır.