Ukrayna taxılı Xorvatiya limanları vasitəsilə ixrac olunmağa başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Klymenko Time” nəşri məlumat yayıb.
Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib ki, bu ticarət yolunun imkanları azdır, lakin artıq populyardır.
"Biz nəqliyyat dəhlizinin imkanlarını genişləndirərək, onu inkişaf etdirməyə hazırıq", - o deyib.
Sviridenkonun sözlərinə görə, Kiyev bu logistik marşrutun silahlı münaqişədən sonra Ukrayna və Xorvatiya arasında ikitərəfli ticarətdə mühüm rol oynayacağına inanır.