Hacıqabulda iki əmioğlu eyni gündə ölüb, biri intihar edib, digərini maşın vurub.
APA-nın məlumatına görə, bu gün səhər saatlarında Hacıqabul rayon sakini, 2000-ci il təvəllüdlü Şərəfxan Mehti oğlu Ələkbərov özünü Ağacanlı kəndinin ərazisində yerləşən Xilə meşəsində ağacdan asaraq intihar edib.
Qeyd edək ki, digər hadisə səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Naməlum avtomobil Hacıqabul sakini, 2001-ci il təvəllüdlü Ələkbərov Röyal Abuzər oğlunu vuraraq öldürüb. Hər iki faktla bağlı araşdırma aparılır.