Makron Bakıya gəlir? - Fransa səfirliyindən açıqlama

13:46 - 7 Sentyabr 2023 - SİYASƏT

Fransa səfirliyi bu həftə Prezident Emmanuel Makronun Azərbaycana səfəri ilə bağlı xəbərləri şayiə adlandırıb. 

Bu barədə Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Daha əvvəl, "Alpha News" öz mənbələrinə istinadən xəbər yayıb ki, E.Makron həftə sonu Ermənistan və Azərbaycana səfər edə bilər və guya səfər sentyabrın 9-10-na planlaşdırılıbmış. 

Banqladeş Xarici İşlər Nazirliyinin məlumatına görə, E.Makronun sentyabrın 10-da bu ölkəyə səfəri planlaşdırılır. Fransa prezidenti Banqladeşə səfərindən əvvəl G20 sammitində iştirak etmək üçün Hindistana yollanacaq.

Xəbər xətti