Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın NATO-ya üzv ola biləcəyi ilə bağlı bəyanatları “böyük fantaziyalar” adlandırıb.
Ucnoqta.az xəbər verir ki,Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Aİ-də Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanatları “böyük fantaziyalar” adlandırıb.
"Bunlar böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz reallıqdan çıxış edirik", - o, TASS-a bildirib.
Qruşko vurğulayıb ki, Moskva və İrəvan hərbi və siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcəklər.