Danimarkanın baş naziri Mette Frederiksen Kiyevə səfəri zamanı Ukraynanın bərpası və humanitar yardım üçün əlavə 300 milyon kron (təxminən 40,2 milyon avro) ayıracağını vəd edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Danimarkanın “Jyllands-Posten” nəşri məlumat yayıb.
Ukraynaya gedərkən o, Kiyevdə də səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. Blinken ABŞ-ın F-16 təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlim verən ölkələrin koalisiyasında Danimarkanın liderliyinə görə ona təşəkkür edib.