Rusiyanın Omsk vilayətində kəndli fermasında baş verən yanğın 4 minə yaxın donuzun ölümünə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a regional Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Yanğın zamanı 4 minə yaxın donuz tələf olub. Onların sığortalanıb-sığortalanmadığı barədə hələlik məlumat yoxdur", - mətbuat xidmətindən bildirilib.
Fövqəladə Hallar Nazirliyinin Omsk vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, yanğın 3350 kv. heyvandarlıq müəssisəsində baş verib. Yanğının söndürülməsinə 9 texnika və 23 nəfər cəlb olunub.
Bu, təxminən 12 min donuz saxlayan Omsk vilayətinin ən böyük təsərrüfatlarından biridir.