Avropa diplomatiyasının rəhbəri Josep Borrell Nigerin vəzifədən devrillmiş prezidenti Məhəmməd Bazumu Avropa İttifaqının dəstəyinə əmin etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində məlumat verib.
“Mən bu gün prezident Mohamed Bazum ilə yenidən danışdım. Mən onu Aİ-nin tam dəstəyinə və konstitusiya nizamını bərpa etmək üçün ECOWAS-ın səylərində irəliləyiş görmək istəyimizə əmin etdim" - Aİ rəhbəri qeyd edib.